Azərbaycanlı diplomatın oğlu ölkədən qaçarkən tutuldu - ŞOK HADİSƏ

Azərbaycanlı diplomatın oğlu ölkədən qaçarkən tutuldu - ŞOK HADİSƏ

20:27     22 İyun 2018 18_06_22_1529670569.jpg

Belarusun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları azərbaycanlı diplomatın oğlunu saxlayıblar.


Femida.az xəbər verir ki, bu barədə fontanka.ru saytı məlumat yayıb. Saxlanılan 27 yaşlı Emil Osmanov qanunsuz bank fəaliyyətində ittiham olunur.

Məlum olub ki, Osmanov Vyanadan Minskə gəlib və orada diplomatın oğlunu şəxsi sürücüsü gözləyib. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları Osmanovu təqib ediblər və gənc biznesmen Rusiya ilə sərhədi keçərkən saxlanılıb. E.Osmanov kortejlə Peterburqa aparılıb.

Qeyd edək ki, Emil Osmanov Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun oğludur.

Açar sözlər: #həbs  

Oxunub: 3588