Heyvana işgəncə verən şəxs cərimələndi

Heyvana işgəncə verən şəxs cərimələndi

19:22     22 İyun 2018 manat_180215.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəhşi tülküyə işgəncə verən şəxsi 500 manat cərimələyib.


Femida.az-a bu barədə Nazirliyin mətbuat xidmətindən verilən məlumat verilib.

Son günlər vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkaranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxsin tapılması məqsədilə Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin Heyvan Haqları üzrə inzibatçısı Fərid Mansurov tərəfindən aidiyyəti qurumlara müraciət olunub.

Müraciət Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Nərimanov rayonu 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tülküyə işgəncə verən şəxslə bağlı araşdırmalara başlanılıb. Araşdırma zamanı tülkü ilə rəhmsiz davranaraq sosial şəbəkədə görüntüləri yayan şəxsin Bakı şəhəri sakini Akif Həsənov olduğu müəyyən edilib. A.Həsənov hadisəni etiraf edərək səhvini boynuna alıb.

ETSN tərəfindən qanun pozucusu inzibati xəta törətdiyinə görə 500 manat məbləğində cərimə olunub və cərimənin ödətdirilməsi təmin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 169