Pambıqçılığın inkişafına dair müşavirə keçirilib

Pambıqçılığın inkişafına dair müşavirə keçirilib


01:33     23 İyun 2018 femida%20novruz-mammadov_270515_1.jpg

Bu gün baş nazir Novruz Məmmədovun yanında pambıqçılıq sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş müşavirə keçirilib


Nazirlər Kabinetinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, müşavirədə prezident İlham Əliyev tərəfindən ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə verilən tapşırıqdan irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müşavirənin yekununda baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə dair aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Femida.az

Açar sözlər:

Oxunub: 440