Göygöldə əməliyyat: 30-a yaxın sürücü cəzalandırılıb

Göygöldə əməliyyat: 30-a yaxın sürücü cəzalandırılıb


14:00     23 İyun 2018 cerimeler-artirildi_2013121906.jpg

Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Göygöl rayonunda reyd keçirilib.



DİN Mətbuat Xidmətinin Gəncə şəhərində regional qrupundan Femida.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkarlanması məqsədi daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Saxlanılan 30-a yaxın sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sürücülük hüququ olmadan idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub.

Göygöl Dövlət Yol Polisi bölməsindən bildirilib ki, yollarda sürücülərin piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər həftə ərzində davam etdiriləcək.

Açar sözlər: #DİN  

Oxunub: 381