Bağcadakı olaya görə 2 nəfər işdən çıxarıldı


15:04     23 İyun 2018 18_06_23_1529737620.jpg

Gəncə şəhərində 31 saylı bağçada uşağın üzünə dağ basılması iddiası ilə bağlı açıqlama verilib.



Femida.az xəbər verir ki, bağçanın müdiri Günay İsmayılova bildirib ki, hadisə iyunun 21-də baş verib, amma dağ basılması iddiası yalandır:

“Körpələr qrupunda olan az yaşlı Hüseyn Əliyev Sara Mustafazadəni dişləyib. Baxçanın böyük tibb bacısı ilk yardım göstərərək dərhal zədələmiş yerə su ilə kompres qoyub. Daha sonra körpə xəstəxanaya aparılaraq ilkin tibbi yardım göstərilib, körpənin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.

Hazırda körpənin vəziyyəti yaxşıdır.

Bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə buraxdıqları səhlənkarlığa görə Əmək Məcəlləsinin 72.e bəndinə əsasən işdən azad ediliblər”.

Açar sözlər:

Oxunub: 1377