"Sınıq Körpü"də hər gün 2 min maşın yoxlanılır


16:33     23 İyun 2018 siniq_korpu.jpg

"Son 1 ayda "Sınıq Körpü"dən 59 minə yaxın nəqliyyat vasitəsi keçib".

Femida.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətl­əndirilməsi və İnkiş­af Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəs­inin rəisi Azər Abbasov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Sınıq körpü” sərhəd gömrük – keçid məntəqəsi Avropa qapısı hesab olunur və Azərbaycana ən çox giriş-çıxış olan məntəqədir:

"Bu məntəqədən gün ərzində 2 mindən çox nəqliyyat vasitəsi keçir. Məsələn, bugünkü rəqəm 2209-dur. Avtomatlaşdırılmış VAİS sistemi vasitəsi ilə sürücülərin keçiddə gözləmə vaxtı azaldılıb. Şübhə doğuran maşınlar kinoloji xidmətin itləri, skan sistemi və sərhəd xidmətinin əməkdaşları tərəfindən yoxlanılır. Bu cəhətdən gömrükdə qayda pozuntularının qarşısı yerindəcə alınır. Təkcə bu ilin may ayında "Sınıq Körpü"dən 58 min 933 yaxın nəqliyyat vasitəsi keçib".

Media nümayəndələrinə məlumat verilib ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra "bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda 15 dəqiqə ərzində yekunlaşdırılır.



Amin Nəzərli
Femida.az

Açar sözlər: #Gömrük   #Keçid   #VAİS   #Məntəqə  

Oxunub: 1865