Şirvanda qətl - 40 yaşlı kişi mehmanxananın qarşısında öldürüldü


19:32     23 İyun 2018 qetldownload.jpg

Şirvan şəhərində qətl hadisəsi baş verib.


Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Təbəssüm" mehmanxanasının qarşısında baş verib. Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü İbadov Əziz Loğman oğlu həmin ərazidə şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasov Abas Qulamhüseyn oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə zamanı Ə.İbadov bıçaqla A.Abasovu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən Ə.İbadov tutulub.

Açar sözlər:

Oxunub: 873