Banka saxta dollar satmaq istədi


17:10     23 İyun 2018 saxta%20dollar.jpg

İyunun 22-də saat 19 radələrində Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olmuş həyəcan siqnalı ilə əlaqədar dərhal gələn polis əməkdaşları həmin ünvana gəliblər.


DİN-dən Femida.az-a verilən xəbərə görə, müəyyən edilib ki, banka gəlmiş naməlum şəxs oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əskinas verib. Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib.

Həmin şəxs mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü PB-yə təhvil verilib. Araşdırmalarla onun Zabrat qəsəbə sakini Kamal Fərziyev olduğu müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1043