ABŞ Senatı Qarabağ separatçılarına yardımı təsdiqlədi
20:06 23 İyun 2018
ABŞ Senatının ödəmələr üzrə Komitəsi konqressmen Kris Van Hollen tərəfindən irəli sürülən təklifləri qəbul edib.
Femida.az erməni mediasına istinadən bildirir ki, Hollenin təklifləri onun tərtib etdiyi hesabatda əks olunub.
Həmin hesabat 2019-cu maliyyə ili üçün ABŞ-ın xarici yardımları haqqında qanun layihəsinin tərkib hissəsidir. Konqress növbəti həftələrdə bu qanun layihəsini müzakirə edərək qəbul edəcək.
Hollenin hesabatında Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsindən narahatlıq ifadə olunub.
Lakin hələ də həllini tapmayan münaqişədə ABŞ konqressmeni çıxış yolunu Dağlıq Qarabağdakı separatçı rejimə dəstək omaqda görüb. Hesabatda Xankəndində humanitar ad altında qanunsuz fəaliyyət göstərən QHT-lərə, xüsusən də “Xanım Koksun reabilitasiya Mərkəzi”nə maliyyə yardımı edilməsi təklif olunub. Amerika Erməniləri Milli Komitəsi Hollenin təkliflərini qəbul edərək separatçılara dəstək olduğu üçün ABŞ Senatına təşəkkür edib.
Qeyd edək ki, ABŞ-dakı ən iri erməni diasporu olan Amerika Erməniləri Milli Komitəsi bundan əvvəl ABŞ Konqresinə müraciət edərk, 2019-cu ildə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimə ümumilikdə 70 milyon dollar maliyyə ayrılmasını istəyib. Bununla əlaqədar, ABŞ-ın ermənipərəst konqressmenləri Adam Şiff və Frenk Palloun mayda Konqressin xarici yardımlar üzrə Komitəsində çıxış edərək, 2019-cu ildə Amerikanın İrəvana və Qarabağ separatçılarına hərbi-müdafiə sahəsində maliyyə yardımını artırmağa, Azərbaycana isə hərbi yardım etməməyə çağırıb. Onlar Qarabağdakı qondarma quruma ümumilikdə 20 milyondan çox maliyyə ayrılmasını tələb ediblər.
Femida.az
Oxunub: 659
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb