Azərbaycanda dəhşətli cinayət - Oğlan başından baltalandı...


21:07     23 İyun 2018 kiracisini_balta_ile_oldurdu_h795.jpg

Yardımlıda qonşular arasında düşən mübahisə zamanı bir nəfər balta ilə ağır xəsarət alıb.

Femida.az APA-ya istinadən xəbər verir ki, rayonun Urakəran kəndində baş verən hadisə zamanı kənd sakini, 1991-ci il təvəllüdlü Tural Məzahir oğlu Təhməzov baş, təpə və gicgah nahiyəsinin çapılmış yarası ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hasar üstündə düşən mübahisədən sonra törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Cinayət   Polis   Həbs  

Oxunub: 5207