FHN Gəncədə konfrans keçirdi
22:12 23 İyun 2018
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Nazirliyin Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfrans keçirib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, tədbirdə çıxış edən FHN Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirib ki, Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra ölkədə hərbi kadrların hazırlanması prosesi geniş vüsət alıb.
O qeyd edib ki, ulu öndər Heydər Əliyevin cəsarətli addımları sayəsində Bakıda 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb: “Təsadüfi deyil ki, Naxçıvanski adına Hərbi Məktəb Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilib. 1993-cü ildə ulu öndərin Azərbaycana rəhbərliyinə yenidən qayıdışından sonra ordu quruculuğu sahəsində irimiqyaslı islahatlara start verilib, Azərbaycanın nizami, hərtərəfli təchiz olunmuş, peşəkar kadrlardan ibarət silahlı qüvvələri formalaşdırılıb. Ulu öndərin müdrik siyasətinin alternativsiz davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin islahatları daha da genişləndirib və nəticədə Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı güclərindən birinə çevrilib”.
Gəncə Dövlət Universitetinin professoru, tarix elmlər doktoru Həsənbala Sadıqov Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu haqda çıxış edib.
FHN Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Asif Məmmədli bildirib ki, dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir.
Tədbirdə çıxış edən FHN Gəncə Regional Mərkəzinin şöbə rəisi polkovnik-leytenant Qabil Əliyev və sektor müdiri Elnur İmanov bugünkü güclü Azərbaycan ordusunun məhz ulu öndər Heydər Əliyevin xidmətlərinin nəticəsi olduğunu vurğulayıblar.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Femida.az
Oxunub: 1088
Oxşar xəbərlər
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN: Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- Sumqayıtda yanğının söndürülməsinə FHN-in mülki müdafiə qoşunları, helikopterlər cəlb edilib
- FHN Sumqayıtdakı yanğınla bağlı görüntülər yaydı - FOTOLAR+VİDEO
- FHN: "Maqsudlu su kanalının 80 faizi minalardan təmizlənib"
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb