Zimbabve prezidentinə sui-qəsd edildi


00:55     24 İyun 2018 2018/06/zimbabve-prezidenti_1529773030.jpg

Şənbə günü naməlum şəxslər tərəfindən Zimbabve prezidenti Emmerson Mnanqaqvaya sui-qəsd edilib.

Femida.az xəbər verir ki, dövlət başçısı xəsarət almayıb. “Hadisə Bulavayo şəhərində prezident mitinqdə çıxış edərkən baş verib. Hazırda dövlət başçısı təhlükəsiz yerdədir”, - deyə prezidentin mətbuat katibi bildirib.

Prezident dəftərxanasının nümayəndəsi Corc Çarambanın sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlar olub. Onların arasında vitse-prezident və bir neçə nazir var.

Hadisə ilə bağlı təhqiqata başlanılıb. Təfərrüatlar barədə ictimaiyyətə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 729