Xalası qızının boğazını kəsib, bıçağı sinəsinə sancdı - Azərbaycanda dəhşət
13:21 24 İyun 2018
Hacıqabulda dəhşətli qətl hadisəsi törədilib.
Femida.az-ın məlumatına görə, hadisə gecə saatlarında Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınınb. Hacıqabul sakini, 1994-cü il təvəllüdlü İsmayılzadə Ayəddin Elman oğlu xalası qızı - Hacıqabul sakini 1994-cü il təvəllüdlü Məlikli Rəvanə Məlikağa qızının boğazının kəsərək qətlə yetirib.
Məlumata görə, R.Məlikli Muğan qəsəbəsində nənəsi ilə yaşayıb. Evə daxil olan A.İsmayılzadə xalası qızının boğazının şah damarını kəsərək, bıçağı onun sinəsinə sancıb.
A.İsmayılzadə daha sonra Hacıqabul rayon Polis Şöbəsinə gələrək təslim olub.
Hadisənin qısqanclıq üstündə törədildiyi ehtimal olunur. Hazırda qətlə yetirilən qadının meyiti müayinə olunmaq üçün Şirvan şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə gətirilib.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 10555
Oxşar xəbərlər
- Xalası qızını aldadan qadının işi məhkəməyə göndərilib
- Xalası oğlunu öldürən şəxsin məhkəməsi başlayır
- Xalası oğlu üçün həbsxanaya "telefon" keçirmək istədi - TUTULDU
- Xalası qızını öldürən şəxs 17 il azadlıqdan məhrum edilib
- Xalası oğlunu öldürən şəxs saxlanıldı
- Xalasının ərini öldürüb meşədə gizlətdi - Məhkəmə olacaq
- Xalasının ərini yumruqla öldürən "Kürd Vüqar" apellyasiya şikayəti verib
- Xalasının ərini öldürən şəxsin məhkəməsi başlayıb
- Xalası oğlu ilə nişanlı olan qız özünü öldürdü - YENİLƏNİB
- Xalası oğlunu bıçaqladı