Ankarada təhlükəsizlik tədbirləri gücləndirilib


14:06     24 İyun 2018 turk%20polis%20yeni.jpg

Türkiyənin paytaxtı Ankarada prezident və parlament seçkiləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.


Femida.az xəbər verir ki, bu gün 16 min polis əməkdaşı xidmətə cəlb olunub.

Təhlükəsizliyin təmin edilməsi üçün 40 xüsusi texnika, 35 zirehli avtomobil, helikopter və dronlardan da istifadə olunacaq. Seçki məntəqələri səhər saatlarından etibarən polis nəzarətinə alınıb.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 598