MTN-nin generalı dünyasını dəyişdi


16:40     30 Sentyabr 2015 14435933808.jpg

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə vəfat edib.


Femida.az-ın xəbərinə görə, Ziya Yusifzadə uzun illər Azərbaycanın keçmiş Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edib.

Ziya Yusifzadə 15 fevral 1929-cu ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub. 1952-1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib.


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" (2004) və "Şöhrət" ordenləri (2009) ilə təltif olunub.

Açar sözlər:

Oxunub: 1203