Dilqəm Əsgərovun oğlu Azərbaycanı tərk etdi


16:44     30 Sentyabr 2015 854552_361898.jpg

Ad günündə Dilqəmə acı sürpriz.


Bu gün ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun doğum günüdür. Düşmən əsarətində olan Dilqəmin 55 yaşı tamam olur. Onun həsrətlə yolunu gözləyən ailəsi ümid edir ki, Dilqəm 56 yaşını öz vətənində qeyd edəcək.

Femida.az xəbər verir ki, girovun qardaşı Sahib Musayev AzVision.az-a açıqlamasında bildirib ki, ad günü ərəfəsində Dilqəm ailəsinə məktub göndərib.

“Qardaşımdan məktub aldıq. O, səhhətinin yaxşı olduğunu qeyd edib. Yazıb ki, narahat olmayın, hər şey yaxşı olacaq. Məktubda Dilqəm onun girovluqda saxlanması ilə bağlı Avropa Məhkəməsinə etdiyimiz müraciətə diqqət çəkib. Yazıb ki, müraciətin nəticəsi necə olub? Məktub çox qısadır. O, hər kəsə salam deyib”-deyə S.Musayev qeyd edib.

Ad günündə Dilqəm üçün ən üzücü xəbər isə oğlunun Azərbaycanı tərk etməsidir. Qardaşının sözlərinə görə, Dilqəmin oğlu Kürdoğlu Əsgərov işsiz olduğu üçün Azərbaycanı tərk edərək Rusiyaya köçüb: “Kaş ki, bu günlərimizdə Dilqəm bizim yanımızda olaydı. Ermənilər Dilqəmi geri vermək istəmirlər. Onun oğlu Kürdoğlu da Azərbaycandan köçüb Moskvaya getdi. Yazıq nə eləsin, işi-gücü yox idi. Atası erməni girovluğunda, oğlu isə yad bir ölkəyə gedib pul qazanır. O, işsiz qalmışdı. Bilmirdi ki, nə etsin? ”.

Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 2019