Paraqvayla Anlaşma Memorandumu imzaladıq


16:57     30 Sentyabr 2015 83281022-9b24-4695-8de7-b27100b71bb08.jpg

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində paraqvaylı həmkarı Eladio Loizaqa ilə görüşüb.


XİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumta görə, görüş zamanı Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcud olduğu bildirilib, qarşılıqlı səfərlərin həyata keçirilməsinin, iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı regional və beynəlxalq mövzular, o cümlədən dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu, Paraqvayın MERKOSUR-dakı fəaliyyəti, Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələri, habelə Ermənistan-Azərbaycan münaqişəsi barədə fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münaqişəsinin son vəziyyəti və danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə paraqvaylı həmkarına məlumat verən E. Məmmədyarov sentyabrın 10-da Paraqvay Milli Konqresinin Deputatlar Palatasında müvafiq bəyanatın qəbul edilməsinin əhəmiyyətini vurğulayıb.

E. Məmmədyarov paraqvaylı həmkarını Azərbaycana səfərə dəvət edib. Dəvətə görə təşəkkürünü bildirən nazir qarşılıqı olaraq azərbaycanlı həmkarını da Paraqvaya səfərə dəvət edib.

Görüşün sonunda nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Paraqvay Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Açar sözlər:

Oxunub: 732


Oxşar xəbərlər