Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edəcək


17:21     25 İyun 2018 mikayıl%20cabb.jpg

İyunun 29-da Vergilər naziri Mikayıl Cabbarov Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qəbələ, İsmayıllı və Oğuz rayon sakinlərini qəbul edəcək.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 25-28 iyun 2018-ci il tarixlərində Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, İsmayıllı rayonunda vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 731