Türkiyənin Azərbaycana satdığı dəhşətli silah budur! - İlk dəfə sabah çıxarılacaq +VİDEO


18:33     25 İyun 2018 18_06_25_1529922927.jpg

Sabah Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə hərbi parad keçiriləcək.

Femida.az xəbər verir ki, sabahkı parad əvvəlkilərdən bir sıra yenilikləri ilə fərqlənəcək. Belə ki, Bakıda təşkil olunacaq paradda Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin bir bölməsi (qutu şəklində) Türkiyə bayrağı ilə keçid edəcək.
Femida.az sabahki paradda nümayiş olunacaq silahlarla bağlı silsilə yazını təqdim edir.

Türkiyənin ROKETSAN şirkətindən alınan SOM-B1 modifikasiyası ilk dəfə parada çıxarılacaq. Quru və dəniz hədəflərinə qarşı istifadəsi nəzərdə tutulan SOM ailəsinə aid SOM-B1 raketinin döyüş başlığı 230 kq, atış mənzili 250+ km təşkil edir.



Femida.az

Açar sözlər: #Hərbi_parad   #Azərbaycan   #Türkiyə   Azərbaycan_Ordusu  

Oxunub: 17100