Əfqanıstanla "Taliban" Bakıda anlaşacaq
20:02 25 İyun 2018
İyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək.
Bunu Femida.az-ın sorğusuna cavab olaraq XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.
Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.
H.Hacıyev qeyd edib ki, 28 iyun tarixində Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.
Azərbaycan Respublikası Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 1 dekabr 2017-ci ildə Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində "Asiyanın ürəyi- İstanbul Prosesi"nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.
Kütləvi informasiya vasitələrində verilən məlumata görə, Əfqanıstan Prezidenti Əşrəf Ğani Talibanla sülh danışıqları üçün müraciət edib və bu xüsusda, Kabildə tədbirin keçirilməsi nəzərdə tutulur.
Femida.az
Oxunub: 698
Oxşar xəbərlər
- Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri öldürülüb
- Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb
- Əfqanıstanda güclü zəlzələ olub, 255 nəfər ölüb
- Əfqanıstan və Tacikistan sərhədçiləri arasında silahlı toqquşma olub
- Əfqanıstanda məsciddə partlayış törədilib
- İran-Əfqanıstan sərhədində atışma olub, iki iranlı hərbçi ölüb
- Əfqanıstanın paytaxtında partlayış baş verib, ölənlər və xəsarət alanlar var
- "Əfqanıstan xalqının yanında olmağa davam edəcəyik" - Ərdoğan
- Əfqanıstanda "Taliban" hökuməti dövründə 260-a yaxın media orqanı bağlanıb
- Əfqanıstan Türkiyəyə uçuşları bərpa edir