İsrailin Azərbaycana satdığı “Barak-8” raketlərinin gücü +VİDEO


20:20     25 İyun 2018 18_06_25_1529929227.jpg

Sabah Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə hərbi parad keçiriləcək.


Femida.az xəbər verir ki, sabahkı parad əvvəlkilərdən bir sıra yenilikləri ilə fərqlənəcək. Belə ki, Bakıda təşkil olunacaq paradda Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin bir bölməsi (qutu şəklində) Türkiyə bayrağı ilə keçid edəcək.

Femida.az sabahki paradda nümayiş olunacaq silahlarla bağlı silsilə yazını təqdim edir.


“İldırım” və ya “Barak-8” ZRK paradda ilk dəfə nümayişə çıxarılacaq. İsraildən aldığımız “Barak-8” ZRK raketinin atış mənzili 90 km, hədəfi məhv etmə yüksəkliyi isə 16000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik “Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə). “Barak-8” ZRK gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur.

“Barak-8” və texniki-taktiki göstəriciləri

İvrit dilində “ildırım” mənasını verən “Barak” ZRK İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilir. ZRK “Barak-1” xəttinin davamı olaraq hazırlanıb, yer və dəniz platformaları üçün iki versiyası mövcuddur. ZRK-nin yaradılmasını İsrail və Hindistan birgə həyata keçirib və ilk xarici istifadəçisi də məhz Hindistandır.

“Barak-8” ZRK-nin atış mənzili 90 km, “Barak-8ER” konfiqurasiyasınınkı isə 150 kilometrə yaxın, hədəfi məhv etmə yüksəkliyi isə 16 000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik “Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə).

Zenit-raket kompleksinin istehsalçısı İsrailin “Rafael” şirkəti olsa da, kompleksin nəzarət-müşahidə radarı İsrailin əsas dövlət hərbi sənaye müəssisəsi olan “Israel Aerospace Industries (IAI)” holdinqinə daxil olan “Elta Systems” (radarları istehsal edir) tərəfindən istehsal olunur. Bəzi sifarişlərdə kompleksə “Elta Systems” şirkətinin istehsalı olan EL/M-2080 “Gren Pine” radarı daxil edilib.

“Barak-8” ZRK gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur.



Açar sözlər: #Silah   #Ordu   #Azərbaycan   #hərbi_parad   #Video  

Oxunub: 17926