Ölkəyə ikimərtəbəli vaqonlar gəlir - AÇIQLAMA


17:47     12 May 2015 femida%20cavid%20qurbNOV.jpg

Mayın 13-də Bakıda Azərbaycanın İsveçrədən ikimərtəbəli dəmir yolu vaqonlarının alınmasına dair müqavilə imzalanacaq.


Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

C.Qurbanov qeyd edib ki, sabahkı müqavilə "Azərbaycan Dəmir Yolları" ilə İsveçrənin "Stadler Railway" şirkəti ilə bu gün Bakıda işə başlayan "TransCaspian-2015" beynəlxalq nəqliyyat sərgisi çərçivəsində imzalanacaq.

Qeyd edək ki, müqaviləyə əsasən, "Stadler Railway" şirkətindən 5 ədəd ikimərtəbəli sərnişin vaqonlarının alınması nəzərdə tutulub. Bu vaqonlar Bakı-Xırdalan-Sumqayıt dəmir yolu marşrutunda istifadə ediləcək.

C.Qurbanov, həmçinin bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC Bakı-Sumqayıt dəmir yolu reysinə gediş haqqı ilə bağlı Tarif Şurasına hələlik müraciət etməyib. Hazırda bu istiqamətdə gediş haqqı 20 qəpik təşkil edir.

Açar sözlər:

Oxunub: 653