3 yaşlı uşaq faciəli şəkildə öldü


17:51     30 Sentyabr 2015 img-20150125134946-244.jpg

Bakıda 3 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.


Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 28-də Xəzər rayonunun Buzovna qəsəbəsində qəsəbə sakini, 3 yaşlı Xəyal Mehdiyev alışqanla ehtiyatsız davrandığından yanıq xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilmiş X.Mehdiyev sentyabrın 29-da orada dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 634