Seyidağa Mövsümlü dəfn olunub


20:16     26 İyun 2018 2018/06/seyidaga-movs_1530015438.jpg

Azərbaycan Ordusunun ilk hərbi operatoru Seyidağa Mövsümlü dəfn olunub.


Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun sözlərinə görə, S. Mövsümlü Buzovna qəbiristanlığında torpağa tapşırılıb.

Mərhum teleoperatorun dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, kütləvi informasiya vasitələrinin əməkdaşları, müharibə veteranları və ailə üzvləri iştirak ediblər.


***


Azərbaycan Ordusunun ilk hərbi operatoru Seyidağa Mövsümlü vəfat edib.

Femida.az Unikal.org-a istinadən xəbər verir ki, Qarabağda gedən döyüşlərdə aldığı yaradan əziyyət çəkən S. Mövsümlü iyunun 25-də axşam saatlarında dünyasını dəyişib.

Mərhum Buzovna qəbiristanlığında, anasının yanında dəfn olunacaq.

Seyidağa Mövsümlü 1954-cü ildə Ucar rayonunda anadan olub. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb.

O, 1988-ci ildə başlayan xalq hərəkatından sonra tanınmağa başlayıb.

S. Mövsümlü xalq hərəkatını, 20 yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlardandır.

O, ermənilərin törətdikləri cinayətləri videolentə çəkmək üçün Qarabağın bütün rayonlarında, Naxçıvan və digər bölgələrdə olub.



Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun – “Şıxov” batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb.

19 fevral 1992-ci ildən Müdafiə Nazirliyinin mətbuat mərkəzində operator kimi işə başlayıb.

2002-ci ilə qədər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ildən ordudan tərxis olunub və köhnə iş yerinə – AzTV-yə qayıdıb.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər: #hərbi   #operator   #Qarabağ   #AZTV  

Oxunub: 2229