"Türk Ulduzları" Bakı səmasında uçuşlar edib


16:35     26 İyun 2018 2018/06/415485502_1530002276.jpg

Türkiyə Hərbi Hava Qüvvələrinin aviaqrupları Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak edib.


Femida.az-ın xəbərinə görə, bu gün hərbi paraddan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçirilib.

Təyyarələrin nümunəvi uçuşlarını Dənizkənarı Milli Parkın ərazisindən çoxlu sayda insan izləyib.

Qeyd edək ki, “Türk Ulduzları” 2001-ci ilin avqustunda da Bakı səmasında nümunəvi uçuşlar həyata keçiriblər.


Femida.az

Açar sözlər: #Türkiyə   #Bakı   #Aviaqrup  

Oxunub: 822