Ermənistanda rus hərbçi öldü


18:05     26 İyun 2018 Qeza2.jpg


Ermənistanda baş verən qəzada rusiyalı hərbçi ölüb.

Femida.az azvision.az-a istinadən xəbər verir ki, qəza Gümrü şəhərinin "Uri" alayının yaxınlığında baş verib. Belə ki, sürətlə hərəkət edən "Nissan X Trail" avtomobil yol kənarında dayanan qoşquya çırpılıb. Qəza zamanı sürücü - 22 yaşlı Rusiya vətəndaşı Vladislav Kulakov ölüb.

Onun Gümrüdəki Rusiya hərbi bazasında xidmət etdiyi və kiçik serjant rütbəsində olduğu bildirilib.

Femida.az

Açar sözlər: #Ermənistan   #Rusiya   #hərbçi  

Oxunub: 420