Ramil Usubov generalın dəfnində - FOTOLAR (YENİLƏNİB)


21:40     30 Sentyabr 2015 defnden%20%20(2).JPG

Mənalı ömür yolu ilə örnək olan general-leytenant Ziya Yusif-zadənin mühüm tarixi dövrü əhatə edən həyatı, şərəfli əmək fəaliyyəti, əldə etdiyi nailiyyətlər sadalamaqla bitən deyil.

General-leytenant Ziya Yusif-zadə dövlətimizin təhlükəsizlik sisteminin formalaşmasında rolu böyük olan şəxsiyyətlərdəndir. Femida.az mərhum generalın xatirəsinə həsr olunmuş yazını təqdim edir.

Generalın həyat yolu...

Ziya Məmmədiyyə oğlu Yusifzadə 1929-cu ildə fevralın 15- də Şəkidə, yazıçı-publisist Məmmədiyyə Yusif-zadənin ocağında dünyaya göz açıb.Uşaqlıq illərini də məhz orada keçirib. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla bitirib.
1952-ci ildə Moriz Torez adına I Moskva dövlət Xarici Dillər İnistitunun fərqlənmə diplomu ilə bitirir.

Ailədən uzaqda, Moskva kimi böyük bir şəhərdə ali təhsil alması isə gənc Ziyanı daha da mətinləşdirib, məsul işlərə hazırlayıb. Elə buna görə də gənc mütəxəssis Maarif Nazirliyi və Nazirlər Soveti kimi yüksək hökümət idarələrində işə etimadla qəbul olunub, çətin vəzifələrin öhdəsindən bacarıqla gəlib.

Heydər Əliyev və Ziya Yusifzadə dostluğunun tarixi






27 yaşında Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində xidməti işə qəbul edilən Ziya Yusifzadə o dövrdə azərbaycanlı gənclərə o qədər də meydan verilməyən bu sahədə yerli kadrların tələb olunduğundan da yüksək bilik və bacarıq sahibi olduğunu sübuta yetirməklə, sonrakı illərdə ulu öndər Heydər Əliyevin DTK estafetini davam etdirib. Onun taleyində Heydər Əliyevin rəhbərliyi altında işləmək həlledici rol oynayıb. Heydər Əliyev yeni sahədə ilk gündən Ziya Yüsifzadənin idealına çevrilib. Azərbaycanın gələcək liderinin DTK sistemində öz soydaşlarına hərtərəfli himayədarlığından qədərincə yararlanmaqla o, xidməti uğurlarını durmadan artırıb, böyük silahdaşının rəğbət və etimadını qazanıb.

Bundan sonra 1952-55-ci illərdə Az.SSR Maarif Nazirliyində və Az.SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyir. Bu illərdə gələcək general vəzifənin sirlərinə yiyələnir.

Generalın ilk peşə fəaliyyəti

Nəhayət ki, 1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul olunur. 14 il müddətində pillə-pillə irəliləyərək əməliyyat müvəkkilindən bölmə və şöbə rəisliyinə qədər qalxır. 1970-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi, 1973-cü ildə komitə sədrinin müavini, 1976-cı ildə isə sədrin I müavini vəzifələrinə irəli çəkilir. 1980-1988-ci illərdə respublika DTK-nın sədri vəzifəsinə təyin olunur.

Dövlət təhlükəsizlik orqanlarında 33 il fəaliyyət göstərmiş, 1977-ci ildə general-mayor, 1984-cü ildə isə general-leytenant hərbi rütbəsi almışdır.

1988-1992-ci illərdə Az.SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləmiş, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxmışdır.

1998-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Milli Təhlükəsislik Nazirliyinin Akademiyası yaradılmış və istefada olunan general-leytenant Yusif-zadə Prezident H.Əliyevin sərancamı ilə yenidən hərbi xidmətə çağırılaraq Akademiyanın rəisi vəzifəsinə təyin edilmişdir.

SSRİ Dövlət Təhlükəsizlik orqanlarının və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşıdır.


General həmçinin siyasət aləmində də bir müddət çalışıb. Bir neçə çağırış Bakı Sovetinin, Azərbaycan SSRİ Ali Sovetinin və SSRİ ali Sovetinin deputatı seçilib.

1970-1988-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin (MK) üzvlüyünə namizəd, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd, 1980-1988-ci illərdə MK-nın büro üzvü olmuşdur.

Dörd xarici dil bilən Ziya Yusif-zadə orqanlarda xidmət illəri zamanı 50-dən yuxarı xarici dövlətlərlə xidmət ezamiyyətində olub.

Azərbaycan Respublikası Prezidentinin 25 mart 2004-cü il tarixli Sərəncamı ilə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.

Xatırladaq ki, general-leytenant Ziya Yusif-zadə bu gün 86 yaşında dünyasını dəyişib.


Generalın dəfni...

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə ilə vida mərasimi keçirilib.

AzVision.az-ın əməkdaşının verdiyi məlumata görə, Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində baş nazirin müavini Abid Şərifov, Səbailin icra başçısı Eldar Əzizov və digər tanınmış şəxslər, dövlət rəsmiləri iştirak edir.

Generalın ölümündən təsirlənən Abid Şərifov göz yaşlarına hakim ola bilməyib. Eldar Əzizovla yanaşı əyləşən A.Şərifovun ağlaması diqqətdən qaçmayıb.













Allah rəhmət etsin.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 16839