Məmmədyarovun müavini Ermənistana gedir - Səbəbi...


19:00     26 İyun 2018 18_06_26_1530010840.jpg


Azərbaycan və Türkiyə Xarici İşlər Nazirliklərinin nümayəndələri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün sabah İrəvana səfər edəcəklər.

Femida.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Aysor.am saytı məlumat yayıb.

Bildirilib ki, Azərbaycandan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyədən isə XİN-in çoxtərəfli iqtisadi əlaqələr üzrə məsul şəxsi Ömər Küçük İrəvandakı tədbirdə iştirak edəcək.

Qeyd edək ki, İrəvandakı toplantı çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyin Ermənistana keçməsi mərasimi təşkil olunacaq.

Femida.az

Açar sözlər: #XİN   #Ermənistan   #İrəvan  

Oxunub: 3996