"Qarabağ"dan milyonluq transfer


21:28     26 İyun 2018 18_06_26_1530019714.jpg


"Qarabağ” heyətini daha bir futbolçu ilə gücləndirib.

Femida.az yenicag.az-a istinadən xəbər verir ki, söhbət Abdulla Zubirdən gedir.

Artıq Fransanın "Lans” klubu da rəsmi saytında məlumat yayaraq, 27 yaşlı hücumameyilli yarımmüdafiəçiyə "Qarabağ”da uğurlar arzu edib.

Qeyd edək ki, Fransa mətbuatının iddiasına görə, bu transfer Ağdam klubuna 1 milyon avroya başa gəlib.

Femida.az

Açar sözlər: #futbol   #Qarabağ  

Oxunub: 974