Rayonlarda taxıl sahələri yandı - 1 nəfər xəsarət alıb


21:28     26 İyun 2018 2018/06/taxil-ot_1529564250.jpg

Xaçmaz, Yardımlı və Qəbələdə taxıl sahələrində yanğın baş verib.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunun Qaraqurdlu kəndində 1 ha biçilməmiş və 8 ha biçilmiş taxıl sahəsi, Yardımlı rayonunun Sırıq kəndində 3 ha biçilməmiş və 1 ha biçilmiş taxıl sahəsi, Qəbələ rayonunun Bılıx kəndində isə 3 ha biçilməmiş taxıl sahəsi yanıb. Qəbələdəki yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Hər üç yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Taxıl   #Yardımlı  

Oxunub: 568