Dollar 100 faiz qalxdı, İran qarışdı


01:13     27 İyun 2018 18_06_26_1530030734.jpg

İranda paytaxt Tehran da daxil olmaqla bir çox şəhərdə iqtisadi vəziyyətə etiraz olaraq kütləvi aksiyalar başlayıb.

Femida.az yerli KİV-ə istinadən bildirir ki, etirazçılar “Diktatora ölüm” şüarları ilə parlament binasına doğru yürüməyə cəhd ediblər. İran polisi etirazçılara gözyaşardıcı qazla müdaxilə edib. Polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

Xatırladaq ki, İranın milli valyutası riyal devalvasiyaya uğrayıb, nəticədə dollar 4 min tüməndən 7 min 500 tümənə qədər yüksəlib. Məhz bundan sonra etiraz aksiyaları başlayıb.

İranın ali dini liderinin hərbi müşaviri, general Yahya Rahim Səfəvi baş verənlərə görə hökuməti və prezidenti Həsən Ruhanini ittiham edib.

O, “hökumət olmasa, ölkə daha rahat şəkildə idarə edilir”, - deyə qeyd edib.

Açar sözlər:

Oxunub: 1735