Deputat: "Hər gün cəbhədən Ermənistana meyit getməlidir"


16:24     27 İyun 2018 18_06_27_1530087908.jpg


“Əgər hərbi yolla cəhd edilsə, beynəlxalq aləmdə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilərlər. Biz kiçik dövlətik. Azərbaycan xalqının iradəsi olduğu təqdirdə dövlətlərin mövqeyini dəyişə bilərik. Bu problemin sülh yolu ilə ədalətli həlli mümkün deyil".

Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Uluslararası Qarabağ forumunda çıxışı zamanı deyib. O bildirib ki, Dağlıq Qarabağın hərbi yolla həlli risklər tələb edir:

"Sülh danışıqları sadəcə vaxt itkisidir. Raketlər alırıq. Həmin raketlərin bəlli bir istifadə edilmə müddəti var. Sonra o rekatlərə milyonlarla pul xərcləyib utilizasiya etməliyik. Mənə görə, o raketlər alınıbsa, istifadə edilməlidir.

Azərbaycan ordusu çalışmalıdır ki, hər gün Ermənistan əsgərini öldürsün. Böyük hərbi əməliyyatlara başlamadan hər gün Ermənistana meyit getməlidir. Ermənilər daim təzyiqi hiss etməlidir”./yenicag.az

Femida.az

Açar sözlər: #Qüdrət_Həsənquliyev   #Qarabağ   #Erməni  

Oxunub: 1024