Ordu günü şok olay: Vertolyot jurnalistin üstündən uçdu +VİDEO


16:34     27 İyun 2018 18_06_27_1530088524.jpg

CBC telekanalının əməkdaşı Elmira Musazadənin dünən Silahlı Qüvvələr gününün 100 illik yubileyi ilə bağlı hazırladığı reportaj birmənalı qarşılanmayıb.



Femida.az xəbər verir ki, vertolyot meydançasında stəndap edən xanım jurnalistin həyatı üçün təhlükəli anlar yaşanıb. Belə ki, vertolyotlardan biri Elmiranın yaxınlığından keçib.

Sözügedən reportaj sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub. Məsələyə jurnalistlər də qarışıb. Bir qisim istifadəçi jurnalisti cəsarətli adlandırsa da, əksər media nümayəndələri isə jurnalisti həyatını bilərəkdən təhlükəyə atdığına görə qeyri-peşəkar adlandırıb.

Qeyd olunub ki, bu kimi çəkilişlərə icazə verildiyi üçün həm kanal rəhbərliyi, həm də nazirlik əməkdaşları cavabdehlik daşıyır.

Açar sözlər: #Vertolyot   #Video   #Hərbi_parad  

Oxunub: 4050