Ekipaj üzvü məsuliyyət daşımır - Hərbi ekspert helikopter olayına münasibət bildirdi +VİDEO

"Ekipaj üzvü məsuliyyət daşımır" - Hərbi ekspert helikopter olayına münasibət bildirdi +VİDEO

19:04     27 İyun 2018 18_06_27_1530097512.jpg

CBC telekanalının əməkdaşı Elmira Musazadənin dünən Silahlı Qüvvələr gününün 100 illik yubileyi ilə bağlı hazırladığı reportaj zamanı vertolyot meydançasında yaşadığı təhlükəli anlar birmənalı qarşılanmayıb.



Sözügedən görüntülər sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub. Məsələyə jurnalistlər də qarışıb. Bir qisim istifadəçi jurnalisti cəsarətli adlandırsa da, əksər media nümayəndələri isə jurnalisti həyatını bilərəkdən təhlükəyə atdığına görə qeyri-peşəkar adlandırıb.

Femida.az məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərovla əlaqə saxlayıb.Üzeyir Cəfərov məsələyə münasibət bildirərkən qeyd edib ki,burada ekipajin hər hansı məsuliyyətindən, yaxud ehtiyat tədbirlərini görüb-görməməsindən danışmaq olmaz.





"Bəzən bizim jurnalist həmkarlarımız vəzifə borclarını yerinə yetirərkən son dərəcə ehtiyatsızlıq edir, sensasiya xatirinə riskli hərəkətlər edir. Kadrlardan göründüyü kimi, döyüş helikopterinin ekipaji onlara verilən tapşırıq üzrə hərəkət edir və onlar üçün hansısa jurnalsitin ehtiyatsızlığımı deyək, ya səhlənkarlığını deyək, verilən tapşırığın tam şəkildə yerinə yetirilməsinə maneə ola bilməz. Burada ekipajin hər hansı məsuliyyətindən, yaxud ehtiya tərdbirlərini görüb-görməməsindən danışmaq olmaz. Döyüş vertolyotunun ekipaji tam qanunlar çərçivəsində öz tapşırıqlarını yerinə yetirir və hesab edirəm ki, belə yerlərə mülki şəxsləri buraxan müvafiq vəzifəli şəxslər onları qəti şəkildə ehtiyasızlıq etməmək ilə bağlı təlimatlandırmağa borclu idilər. Hesab edirəm edilib də. Bu ola bilməz ki, döyüş helikopterinin olduğu ərazidə olan mülki şəxslər, operator olsun, jurnalist olsun, onlar adətən bilməlidirlər ki, ehtitalı davranmağa həm borcldurlar, həm də bu onların vəzifə borcudur. Hətta jurnalistlə Allah göstərməsin bədbəxt hadisə baş versəydi belə, vertolyotun ekipaji araşdırmalardan sonra məsuliyyətə cəlb edilə bilməzdi və edilməzdi. Bu xoşagəlməz hadisənin özü bir daha onu göstərir ki, həmkarlarımız döyüş texnikası olan ərazilərdə son dərəcə ehtiyatlı , diqqətli davranmaqla öz işlərini görməliydilər.", deyə hərbi ekspert qeyd edib.




Mircəlal Məcidli
Femida.az




Açar sözlər: #helikopter   #Hərbi   #Texnika  

Oxunub: 6226