Teleradio məlumatları senzuradan keçiriləcək - Hərbi vəziyyət dövründə


19:18     27 İyun 2018 ilham-eliyev-3.jpg

Prezident İlham Əliyev “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.




Femida.az bildirir ki, sərəncama əsasən, Azərbaycanda hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq teleradio məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) teleradio yayımının xüsusi fəaliyyət rejimi tətbiq edilə biləcək.

“Televiziya və radio yayımı haqqında” qanunun 2.2-ci maddəsinə əsasən, indiyə qədər teleradio yayımı sahəsində senzura yolverilməz olub. Qanunun bu maddəsinə də müvafiq dəyişiklik edilib, istisna hallar qeyd olunub.

Femida.az

Açar sözlər: #Televiziya   #radio  

Oxunub: 388