Məşhur "qanuni oğru" Allahşükür Paşazadənin köməkçisi olub? - QMİ-dən AÇIQLAMA
19:34 27 İyun 2018
2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin varisi "Şeyx Xəmzət” ləqəbli Xəmzət Qastəmirovla bağlı bir sıra məlumatlar yayılıb.
İddialara görə, Qastəmirov vaxtı ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin köməkçisi olub. Hətta yayılan xəbərlərdə "Şeyx Xəmzət”lə Paşazadənin tədbirlərin birində çəkilən fotosu da yer alıb.
Lakin Yenicag.az-a açıqlama verən QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova yayılan məlumatları təkzib edib. O, bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:
"Belə bir şey yoxdur. Bunlar tamamilə həqiqətə uyğun olmayan informasiyalardır. Bəzən tədbirlərdə fərqli-fərqli insanlar bir araya gəlirlər. Bu da o demək deyil ki, bundan nəsə nəticə çıxarmaq lazımdır”.
Femida.az
Oxunub: 3758
Oxşar xəbərlər
- Nə qədər fitrə çıxarmalıyıq? – QMİ-DƏN AÇIQLAMA
- QMİ Ramazan ayı ilə bağlı fətva verib
- QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək
- QMİ sədri Patriarx Kirillə görüşüb
- QMİ sədri Çeçenistanda səfərdədir
- QMİ sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
- QMİ sədri: "Dəmir yumruğun içərisində dindarlar da var"
- QMİ: Bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq
- Ramazan ayı bu tarixdə başlayaq - RƏSMİ
- QMİ sədri: Həqiqətləri dünyaya çatdırırıq