Səfirliyimizdə yoxlama aparılıb


19:00     30 Sentyabr 2015 Flag_of_Belgium.jpg

Azərbaycanın Belçika Krallığındakı səfirliyində yoxlama aparılıb.

Hesablama Palatası Kollegiyasının iclasında nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.


Femida.az-ın məlumatına görə, iclasda Azərbaycanın Belçika Krallığındakı səfirliyinin fəaliyyəti ilə bağlı, dövlət büdcəsinin yerli xərclərindən Yevlax şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Qobustan Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə və dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Qəbələ Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb. Kollegiya iclasında İş planı ilə nəzərdə tutulmuş nəzarət tədbiri üzrə audit proqramı təsdiq edilib.

Açar sözlər:

Oxunub: 497


Oxşar xəbərlər