Bəy toyun səhəri günü boşanmaq istədi:“Arvadımın saqqalı var” - Hindistanda


20:59     27 İyun 2018 18_06_27_1530102801.jpg

Hindistanda toyun səhərisi gün bəy boşanmaq üçün məhkəməyə müraciət edib.


Femida.az xəbər verir ki, bəyin iddiasına əsasən arvadının saqqalı var və kişi səsi ilə danışır.

Rupeş adlı şəxs bildirib ki, toya qədər və toy ərzində arvadının üzünü görməyib. Gəlinin qohumları buna icazə verməyiblər.

“Mən birinci dəfə Rupunu görəndə makiyajda idi. Onunla bir həftə vaxt keçirib işə yollandım. Amma qayıdanda gördüm ki, onun saqqalı var və səsi kişi səsinə oxşayır”, - deyə Rupeş hakimə bildirib.

O, bu barədə arvadının qohumlarına xəbər verib. Qohumlar isə bildiriblər ki, Rupeşin başqa yolu yoxdur, qadınla birlikdə yaşamalıdır. Nəticədə məsələ polisə qədər gedib çatıb.
Qızın vəkilləri isə bu iddiaları yalanlayıblar. Rupeş ailəsi eyni zamanda psixoloji və fiziki təzyiqdə ittiham edilir.

Hər iki tərəfi dinləyən hakim boşanma ərizəsini ləğv edib.

Açar sözlər:

Oxunub: 2028