Bu ərazilərdə balıq tutmaq qadağandır - 2 min manat CƏRİMƏ


21:07     27 İyun 2018 2018/06/baliq_1530104911.jpg


Femida.az hüquqi maarifləndirmə mövzusunda yazılarına davam edir. Bu dəfə balıq mövsümü ilə əlaqədar olaraq, hansı ərazilərdə və hansı hallarda balıq tutulmasının qadağan olduğuna aydınlıq gətirəcəyik.İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsinə görə, balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulmasına görə vətəndaşları cərimə gözləyir.

Maddənin bəndlərini və müvafiq cərimə məbləğlərini diqqətə çatdırırıq:

272.1. Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə-
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə 700 manatdan 1700 manatadək məbləğdə cərimə edilir.

272.2. Balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə - fiziki şəxslər 700 manatdan 1700 manatadək məbləğdə, vəzifəli şəxslər 2 min manatdan 3 min manatadək məbləğdə, hüquqi şəxslər 12 min manatdan 15 min manatadək məbləğdə cərimə edilir.

272.3. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, 1000 manatdan 2000 min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.

Femida.az

Amin Nəzərli

Açar sözlər: #ov   #balıq   #cərimə   #qanun   #hüquq   #məcəllə   #femida  

Oxunub: 5847