Aprel qazisinə Türkiyədə kök hüceyrə köçürüldü - Artıq gəzə biləcək


21:33     27 İyun 2018 18_06_27_1530106399.jpg

Türkiyədən daha bir uğurlu əməliyyatın sorağını aldıq. Bu dəfə aprel qazisi onurğasından əməliyyat olunaraq, ayağa qaldırıldı.

Femida.az azxeber.com-a istinadən xəbər verir ki, Aprel döyüşləri qazisi, baş leytenant Azər Arif oğlu Məmmədov 2016-cı il aprel döyüşlərində onurğasından yaralanıb, bu vaxta kimi 2 dəfə əməliyyat olunub. Heydər Əliyev fondunun dəstəyi ilə bu ay pasiyentə kök hüceyrə nəqli və onurğa əməliyyatı keçirilib. Hal-hazırda səhhəti çox yaxşıdır.

Hospitala gələndə əlil arabasında gəlmişdi, sağ tərəfdə və belində gücsüzlük, hissiyatsızlıq var idi. İndi tutaraq özü qalxır, dayanır, addımları daha yaxşıdır.

Aprel qazisinin müalicəsi ilə hospitalın rəhbəri Meri İstiroti, baş həkim Dr. Adil Tanık, baş həkim yardımçısı Dr. Halil Hüzmeli, Beynəlxalq şöbənin müdiri Dr. Fatih Akpınar birbaşa maraqlanıb, onu ziyarət ediblər.





Femida.az

Açar sözlər: #aprel   #qazi   #Qarabağ   #döyüş   #Türkiyə   #hospital  

Oxunub: 3628