Məcburi köçkünlərlə növbəti görüş keçirilib


23:55     27 İyun 2018 2018/06/e579d-1530113601_1530115126.jpg

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 27-də məcburi köçkünləri qəbul edib.



Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, müraciətlər əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, status, məskunlaşma, kommunal xidmətlər, məşğulluq və s. məsələlərlə bağlı olub.

Komitə sədri qəbul etdiyi məcburi köçkünlərin hər birinin müraciətinin diqqətlə araşdırılması və mövcud qanunvericilik çərçivəsində cavablandırılması barədə tapşırıq verib.

Femida.az

Açar sözlər:

Oxunub: 511