Bu gün Bakının və Abşeronun bu yerlərində su kəsiləcək


13:14     28 İyun 2018 18_06_28_1530163210.jpg


Gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən Femida.az-a verilən məlumata görə, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.

Femida.az

Açar sözlər: #su   #Bakı   #Abşeron  

Oxunub: 689