Meyvə-tərəvəz əvəzinə narkotik becərirmiş - FOTO


14:18     28 İyun 2018 2018/06/4-3-(1)_1530166842.jpg

Həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli bitkilər becərən Şabran rayon sakini saxlanılıb.



DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, iyunun 27-də DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi və Şabran Xətt Polis Məntəqəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini Telman Alışovun yaşadığı evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 2 kilo 525 qram təşkil edən hündürlüyü 20-150 sm olan 15 ədəd çətənə kolu və sellofan torbada ümumi çəkisi 70 qram olan qurudulmuş marixuana aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı həmin şəxs çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.



Femida.az

Açar sözlər: Narkotik   Həbs  

Oxunub: 632