İki qatil Bakıda yaxalandı


20:25     30 Sentyabr 2015 180231.jpg

Rusiyada axtarılan qatil Azərbaycanda tutulub.


Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nicat Kiçibəyov Rusiyada Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə (qəsdən adam öldürmə) axtarışda olub.

Nazirliyin Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Gürcüstanda da axtarışda olan şəxs Bakıda yaxalanıb. Eldar Əhmədov Gürcüstanın Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 239-cu (xuliqanlıq) maddələri ilə axtarışda olub.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Açar sözlər:

Oxunub: 689