Kibrit qutusundan narkotik çıxdı


15:28     28 İyun 2018 2018/06/1-3-(2)_1530171002.jpg

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Oğuz rayonunun Muxas kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Əhmədov narkotik vasitə olan qurudulmuş marixuana satarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Baxış zamanı onun evindən sellofan torbanın içərisində 38 ədəd kibrit qutusuna doldurulmuş ümumi çəkisi 201 qram, digər sellofan torbanın içərisindən isə 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.


Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 373