Goranboy sakini "zibilə" düşdü


16:54     28 İyun 2018 2018/05/zibil_040518_01_3050826270.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, reyd zamanı Goranboy rayonu Qaradağlı kəndi ərazisində məişət tullantılarının qalaqlanaraq yandırıldığı, ətrafa tüstü və iy-qoxunun yayıldığı aşkar edilib. Araşdırma zamanı tullantıları Goranboy rayon sakini Baris Mövlayev tərəfindən yandırıldığı məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxs qismində 500 manat məbləğində cərimə edilib.

Femida.az

Açar sözlər: #Goranboy   #sakin   #zibil  

Oxunub: 881