İstilik 41 dərəcəni keçsə, işlər dayandırılsın, maaşlar verilsin - Sahibkarlara xəbərdarlıq
18:32 28 İyun 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.
Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
Həmçinin, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırır.
Femida.az
Oxunub: 3983
Oxşar xəbərlər
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR
- Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür
- Bakı hava limanında ölən şəxs görün, kimin oğlu imiş
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı xəbərdarlıq
- Sabahın hava proqnozu açıqlanıb
- Hava ilə bağlı açıqlama
- Hava ilə bağlı XƏBƏRDARLIQ
- Hava ilə bağlı XƏBƏRDARLIQ