Allahşükür Paşazadə Dağıstana gedib


21:01     28 İyun 2018 allahsukur.JPG


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 28-də Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərinə səfər edib.

QMİ-dən Femida.az-a verilən xəbərə görə, səfərdə məqsəd Dağıstanın tanınmış dövlət və ictimai xadimi Məhəmmədsalam Umaxanovun 100 illik yubileyinə həsr olunmuş respublika səviyyəsində təntənəli şəkildə keçirilən tədbirdə iştirak etməkdir.

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi yubiley tədbiri çərçivəsində Qafqazın Şeyxilislamı A. Paşazadə Dağıstanın ictimai və din xadimləri ilə səmimi qardaşlıq görüşləri keçirib.

Femida.az

Açar sözlər: #şeyx   #din   #islam   #Dağıstan  

Oxunub: 638