Quru otla dolu yük maşını yandı


21:19     28 İyun 2018 2018/06/yangin_yeni_1530192086.jpg

Şəkidə yük maşını yanıb.



Femida.az-ın məlumatına görə, bu gün saat 15:25 radələrində rayonun Baş Göynük kəndi ərazisində rayon sakini, 1975-ci il təvəllüdlü Eldar Rəşid oğlu Həsənovun idarə etdiyi “QAZ 66” markalı, 55 BZ 488 dövlət nömrə nişanlı yük maşınında yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində yük maşınının yanar konstruksiyaları və maşının banına yığılmış 1 tondan çox quru otun xeyli hissəsi yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 399