Nazirlik tikinti şirkətini məhkəməyə verdi


21:14     30 Sentyabr 2015 sdsfsff71.jpg

Vergilər Nazirliyi Azəri İnşaat-2009 MMC-ni məhkəməyə verib.


Femida.az “Report”a istinadən xəbər verir ki, nazirlik yanında Bakı Vergilər Departamenti tikinti şirkəti ilə bağlı məhkəməyə müraciət edib.

Departament vergi faiz və maliyyə sanksiyası üzrə borcun tutulması barədə tələb irəli sürüb. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, “Azəri İnşaat-2009” Azərbaycanda özəl müəssisə kimi 2009-cu ildə təsis edilib. Şirkət tikinti-inşaat, layihələndirmə, memarlıq, dizayn, alğı-satqı və digər sahələr üzrə fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 982